Ronaldo ölkəmizdə işləyən məşqçini millidən “qovdu”
16.04.2012 - 14:59
Məşhur futbolçu Ronaldo bütün dövrlər üçün Braziliyanın rəmzi yığmasını tərtib edib. Apasport.az-ın məlumatına görə, artıq karyerasını bitirən 36 yaşlı hücumçu FİFA-nın rəsmi saytına müsahibəsində üstünlük verdiyi 11-liy”i açıqlayıb.
“Yekədiş” qapıya özü ilə birgə 1994-cü ildə dünya çempionu olan Klaudio Taffareli qoyub. Müdafiənin mərkəzində Aldairlə Lusio, solunda Roberto Karlos, sağında Kafu yer alıb.
Ronaldo yarımmüdafiədə Ziko, Rai, Revelinyonu, hücumda isə Pele, Romario və özünü göstərib. “Futbol kralı” Pelenin 1970-ci ildə kapitanı olan millimizin sabiq baş məşqçisi Karlos Alberto Torres bir sıra versiyalar üzrə rəmzi yığmaya düşsə də, “Yekədiş” ona inamsızlıq göstərib.

0
0