“Kartalspor”un 3 futbolçusu milli komandamıza çağırıldı
16.04.2012 - 15:45
“Kartalspor”un 3 futbolçusu milli komandamıza çağırıldı
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Nikolay Adam aprelin 18-dək 26-dək Bakıda keçirəcəyi təlim-məşq toplanışına 24 futbolçu çağırıb. Bunlar Ülvi İbazadə, Mənsur Nəhavəndi, Roman Məmmədov, Seyid Qasımov (hamısı “İnter”), Fəhmin Muradbəyli, Pərviz Qaraxanov, Ravil Məhəmmədov (“Neftçi”), Elnur Cəfərov, İlyas Səfərzadə (hər ikisi “Xəzər Lənkəran”), Yusup Hakimov, Təyyar Məmmədov, Ülvi Süleymanov, Əfsər Məmmədov, Mahir Mədətov (“Bakı”), Elnur Mustafayev, Nicat Abbasov, Elvin Nəsibov (hamısı “Qarabağ”), Budaq Nəsirov (“Turan”), Əli Həsənli, İbrahim Aslanlı (hər ikisi “Qəbələ”), Vüsal Nağıyev (“Ximki”, Rusiya), Qaziməhəmməd Qurbanov (“Anji”, Rusiya), Batıkan Karabağlı, Doğukan Karabağlı, Mustafa Koçyigitdir (hamısı “Kartalspor”, Türkiyə). Göründüyü kimi, yığmamızın Bank Asiya I liqa təmsilçisində 3 milliləşdirilən türkiyəli futbolçu çağırılıb.

Mənbə: affa.az