Oyun satıb, özünü damdan atdı
16.04.2012 - 16:23
Oyun satıb, özünü damdan atdı
Cənubi koreyalı futbolçu Li Qyun Xvan intihar edib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı idmançı özünü İnçxon şəhərindəki evinin damından yerə atıb.

O, zərbədən ölməsə də, xəstəxanaya aparılarkən yolda keçinib. Buna səbəb kimi isə Xvanın futboldan ömürlük uzaqlaşdırılması göstərilir.

Belə ki, 2011-ci ildə çıxarılan qərara görə Li 2009-2011-ci illərdə Teçjon və Suvondan olan komandalarda oynadığı vaxt danışılmış matçlarda iştirak etdiyi üçün ömürlük bu idman növündən kənarlaşdırılıb. Ona həm də 3 il şərti həbs cəzası verilib. Lakin bu da onu intihardan xilas etməyib.