“Vəkilim səlahiyyət həddini aşıb”
16.04.2012 - 17:30
“Xəzər Lənkəran”la bağlı FİFA şikayət edən braziliyalı futbolçu Romulo Silvanonun apasport.az saytına müsahibəsi
- FİFA-ya şikayətinizdən sonra sabiq komandanız “Xəzər Lənkəran”ın hesabından 6 xal silindi. Bu qərarı nə dərəcədə ədalətli sayırsınız?
- Baş verən hadisələrdən çox təəssüflənirəm. Heç vaxt istəməzdim ki, “Xəzər Lənkəran”ın 6 xalı silinsin. Həmişə bu komandanın çempion olmasını arzulamışam. Ancaq təəssüf ki, FİFA belə sərt qərar çıxardı. Bu, mənim istəyim deyildi. Səmimi deyirəm, qərarın belə ağır olmasına çox üzülürəm.
- Hər halda, şikayəti siz etmişdiniz. 6 xalın silinməsini istəmədiyinizi desəniz belə, bu, reallaşdı. Buna görə özünüzü günahkar sayırsınız?
- Xeyr, qətiyyən günahım yoxdur. Çünki mən FİFA-dan, sadəcə özümə çatacaq məbləği tələb etmişdim. Gözləməzdim ki, məsələ bu həddə çatsın. Ancaq FİFA belə qərar qəbul edib. Mənə çatacaq pulu almağa çalışırdım və buna görə ali futbol qurumuna rəsmi müraciət etmişdim.
- Hüquqlarınızı müdafiə edən vəkilin tələbində “Xəzər Lənkəran”dan 6 xal silinməsi göstərilib. Bunu nə ilə izah edərdiniz?
- Mən vəkilimə ancaq borcla bağlı məşğul olmağı tapşırmışdım. Düzdü, onunla mütəmadi əlaqəm olmurdu. Ümumiyyətlə, mən heç vaxt belə sərt qərar çıxarılmasını istəməmişəm. Vəkilim səlahiyyət həddini aşıb. Tələbim “Xəzər Lənkəran”da qalan pulumu almaq idi ki, artıq həmin borc ödənilib. Artıq bu barədə FİFA-ya da müraciət etmişəm. “Xəzər Lənkəran”dan 6 xalın silinməsinin mənə nə xeyri var ki? Bəyəm, həmişə mükafat qazanmasını istədiyim komandanın bu vəziyyətlə üzləşməsini istəyərəm? Mən belə fikirdə olmamışam. Heç anlaya bilmirəm ki, 6 xal silinməsi vəkilimin nəyinə lazımdır? Məqsədim ancaq pulu almaq idi ki, yenə deyirəm, artıq həmin borc ödənilib. Borc ödənilibsə, nəyimə lazımdır ki, sabiq komandam belə ağır cəza ilə üzləşsin?
- Siz məhkəmə prosesi zamanı əvvəl 1 vəkillə işləmisiniz, sonra isə onu dəyişmisiniz. Bu nə ilə bağlıdır?
- Bilirsiniz necədir? Əslində, vəkilimi dəyişməmişəm. Sadəcə, Braziliyadakı vəkillə İsveçrədə, FİFA-nın mənzil-qərargahının yerləşdiyi Sürixdəki vəkillər işbirliyi qururlar. Braziliyalı vəkillər Sürixdəki “Gerero” vəkil şirkətinin üzvləri ilə birgə çalışırlar. Onlar əlbirdirlər deyə, belə təəssürat yaranıb ki, guya mən vəkilimi dəyişmişəm.
- “Xəzər Lənkəran” FİFA-nın çıxardığı qərarın ləğvi ilə bağlı Beynəlxalq İdman Arbitrajı Məhkəməsinə müraciət edib. Bu haqda məlumatınız varmı və həmin qurumun hansısa qərarı çıxaracağına ümid edirsiniz?
- Təkrar edirəm, “Xəzər Lənkəran”ın hesabından 6 xalın silinməyi mənim istəyimlə olmayıb. Ola bilər ki, qərar Sürixdəki vəkillərin istəyi ilə çıxarılıb. Çoxdandır onlarla əlaqə qurmurdum. Təbii ki, “Xəzər Lənkəran”ın 6 xalının qaytarılmasını istərdim.
Mehman SÜLEYMANOV
Müsahibənin alınmasında göstərdiyi köməyə görə, “Xəzər Lənkəran” klubunun tərcüməçisi Elvar Quliyevə təşəkkür edirik.

0
0