Derbini “Qalatasaray” qazandı
16.04.2012 - 23:40
Derbini “Qalatasaray” qazandı
Türkiyə Superliqasının final mərhələsi çərçivəsində daha bir oyun keçirilib. Apasport.az saytının xəbərinə görə, güclü leysan ucbatından şənbə günündən yarımçıq qalan “Beşiktaş” – “Qalatasaray” matçı qonaqların qələbəsi ilə nəticələnib.

“İsmət İnönü” stadionunda baş tutan qarşılaşmada hesabı 26-cı dəqiqə Felipo Melo açıb. İkinci hissədə daha bir qol vuran “Qalatasaray” derbidən 3 xalla ayrılıb. “Beşiktaş” isə matçı 10 nəfərlə başa vurub. 54 və 88-ci dəqiqələrdə sarı vərəqə ilə cəzalandırılan Robert Hilbert meydandan qovulub.

Xatırladaq ki, daha öncə "Fənərbaxça" doğma azarkeşləri önündə "Trabzonspor"u (2:0), "Bursaspor" isə "Sivasspor"u (4:0) məğlub etmişdi.