Bakıda başlayan yarımfinal həyəcanı
17.04.2012 - 10:32
Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunların hər ikisi Bakıda keçiriləcək.
Təqvim elə alınıb ki, yarımfinal iştirakçıları bu ərəfədə dalbadal görüşməlidirlər. “Bakı” ilə “Qarabağ” 1 həftədə 3 dəfə üzləşməli olacaq. Komandalar yarımfinal matçlarında qüvvələrini sınamaqla yanaşı, növbəti turda Ağdamda oynayacaqlar.
“İnter”lə “Neftçi” isə ötən turda bir-birinə rəqib oldular və ikincilər öz meydanında keçirilmiş matçda 2:1 hesabı ilə qalib gəldilər. Bu dəfə “ağ-qaralar” həmşəhərlilərinin qonağı olacaq və növbəti turda çempionluğu qazanması mümkün olan “Xəzər Lənkəran”la səfər matçından sonra evdə cavab oyununu keçirəcək.
“Bakı” hələlik kubokdan kənarlaşdıra bilmədiyi “Qarabağ” üzərində ilk qələbəsini qazanmağa çalışacaq. Sözsüz ki, ötən turda “Xəzər Lənkəran” üzərində 4:1 hesablı qələbədən sonra “zolaqlılar”ın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür. İndi həmin meydanda kubokda qalib gəlmək, özü də bunu qol buraxmadan etmək lazımdır.
Çünki kubokda evdə top buraxmaq mərhələ adlamaq işini çətinləşdirir. Təsadüfi deyil ki, elə “Qarabağ” ötən mərhələdə “Qəbələ” ilə ilk oyununu səfərdə keçirərək, 2:2 hesablı bərabərliyə qaldı, evdə qolsuz heç-heçə etdi və məhz rəqib meydanında vurduğu qollar hesabına yarımfinala çıxdı.
Təbii ki, “Bakı”nın əsas iddiası kubokdadır və orada istəyinə çata bilməsə, diqqətini Premyer Liqaya yönəldərək, Avroliqaya vəsiqə verməyi gözlənilən 4-cü yeri tutmağa çalışacaq. “Qarabağ” isə çempionluq demək olar əldən getdikdən sonra mövsümü titulla başa vurmaq üçün kuboku qazanmağa iddialıdır.
“İnter” isə ardıcıl 2-ci, ümumilikdə 5-ci dəfə Azərbaycan kubokunun finalına çıxmağa iddialıdır. Rəqib çempionluq uğrunda mübarizədə uduzduğu “Neftçi”dir ki, komanda mövsümü “qızıl dubl”la başa vurmaq şansına malikdir. Kuboku ən çox 2 komandadan (digəri “Kəpəz”, 4 dəfə) biri olan “ağ-qaralar” “altılıq”da “İnter”in onun meydanında yenə bilib – 2:1. “Neftçi” yenə “Şəfa”da qalib gəlsə, finala çıxmaq vəzifəsini demək olar həll edəcək.
“Bankirlər” isə çempionatda 3-cü yerdə getsə də, avrokuboklara çıxmaq vəzifəsini artıq yerinə yetirdiyini demək olmaz. Hər halda, final mərhələsində cəmi 1 qələbəsi olan, yığdığı 4 xalla ən zəif göstəriciyə malik “İnter” “qara zolaq”dan çıxa bilmir. Özündən sonra gələn komandalardan 4-5 xal irəlidə olan “İnter” çempionatdan Avroliqaya çıxmağı təmin etmədiyindən, kuboku qazanmaqla vəsiqəyə sahib çıxmalıdır.
18 aprel
15:30. “Bakı” – “Qarabağ”
Bakı. “Bakı”nın təlim-məşq bazasının meydançası
18:00. “İnter” – “Neftçi”
Bakı. “Şəfa” stadionu

0
0