Yığmanın baş məşqçisi ilə yeni müqavilə
17.04.2012 - 10:47
Yığmanın baş məşqçisi ilə yeni müqavilə
İspaniya millisinin baş məşqçisi Visente del Boske ilə müqavilə uzadılıb. Apasport.az saytının məlumatına görə, 61 yaşlı mütəxəssis 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının sonuna kimi iş başında olacaq.
2008-ci ilin yayından İspaniya yığmasına rəhbərlik edən 61 yaşlı çalışdırıcı komandasını 2-ci dəfə mundiala apara biləcək. 2 il əvvəl ispaniyalıları dünya çempionu edən del Boskenin hazırki müqaviləsi Avro-2012-nin final mərhələsinin ardından başa çatırdı.