Azərbaycan - Andorra matçı “Viktoria Kelsterbach”da - FOTO
17.04.2012 - 11:16
Almaniyanın Frankfurt şəhərində Azərbaycan və Andorra milli komandaları arasında yoldaşlıq oyununun keçiriləcəyi stadionun adı və başlanma vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri rəqiblərini “Viktoria Kelsterbach” stadionunda sınağa çəkəcəklər. Matç isə yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Qeyd edək ki, görüş mayın 30-da olacaq.
Qeyd edək ki, görüş mayın 30-da olacaq.
0
0