AFFA-dan “Xəzər Lənkəran”a növbəti cəza
17.04.2012 - 12:07
AFFA-dan “Xəzər Lənkəran”a növbəti cəza
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, “Neftçi” – “İnter” matçında meydan sahiblərinin azarkeşləri pirotexniki vasitələr yandırdığı, qonaqlar isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hərəyə 1000 manat cərimələnib.

Sarı vərəqə limiti aşdığı üçün AZAL da 1000 manat cərimə ödəyəcək. “Bakı” – “Xəzər Lənkəran” oyununda qonaqların rumıniyalı futbolçusu Katalin Doman birbaşa qırmızı vərəqəyə görə 2 oyunluq cəzaya və 2000 manat cəriməyə məruz qalıb. “Bakı” isə azarkeşlər meydançaya kənar əşya atdıqlarına görə həmin cərimə məbləğini ödəməlidir.