Lyubo Baranin: Həmin müsahibədən sonra münaqişə başladı - MÜSAHİBƏ
17.04.2012 - 12:19
“Qəbələ” klubunun transferə çıxardığı serbiyalı müdafiəçi Lyubo Baraninin apasport.az saytına müsahibəsi
- Komandadan kənarlaşdırılmağınızla bağlı nə deyə bilərsiniz?
- Belə fikirləşirəm ki, məni transferə çıxarıblar. Ancaq hələ bunu dəqiq bilmirəm.
- Baş məşqçi Fatih Kavlak saytımıza müsahibəsində transferə çıxarıldığınızı rəsmən açıqlayıb...
- Mümkündür. Açığı, baş məşqçinin qərarı mənim üçün gözlənilməzdir. Səbəbini bilmirəm, bunu baş məşqçidən soruşmaq lazımdır.
- Kavlak səbəbin çox olduğunu deyir. Həm oyun, həm də nizam-intizam planında probleminizin olduğunu bildirir.
- Bu, düzgün deyil. Komandada çıxış etdiyim bu illərdə maksimum 3-4 dəfə oynamamışam. Bu, zədə, cəza ilə bağlı olub. Ancaq bu, o demək deyil ki, daim oynamamalıyam. Artıq 3 ildir “Qəbələ”dəyəm və heç vaxt nizam-intizamla bağlı problemim olmayıb. Bunu əvvəlki baş məşqçilərimiz – Ramiz Məmmədovla Toni Adamsdan soruşa bilərsiniz.
- İndiki çalışdırıcı ilə bağlı probleminiz nədir?
- Mən bir müsahibə verdim və münaqişə bundan sonra başladı.
- Nə vaxt?
- “Xəzər Lənkəran”a evdə 0:1 hesabı ilə uduzduğumuz oyundan sonra.
- Baş məşqçinin xoşuna gəlməyən nə demisiz ki?
- Komandanın oyun planı barədə fikirlərimi dedim. Bildirdim ki, “Qəbələ” hücum futbolu oynamalı idi. Ancaq bu, o demək deyil ki, komanda mütləq belə oynamalıdır. Mən öz düşüncələrimi jurnalistlə bölüşdüm və görünür, bu, baş məşqçimin xoşuna gəlmədi.
- O, müsahibədən sonra sizə dedi?
- Mənə heç nə izah etmədi. Yanına çağırıb, dedi ki, səni komandada, məşqlərdə görmək istəmirəm. Onun qərarı ilə hazırlıqdan kənarlaşdırılmışam. Bu, baş məşqçinin qərarıdır. Mən nə edə bilərəm ki?
-İndi həmin müsahibəyə görə təəssüflənmirsiniz?
- Yox. Mən fikrimi demişəm və bu, düzgün başa düşülməyib. Ona təəssüflənirəm ki, komandada oynadığım bu uzun müddətdən sonra getməli olacağam. Mən klub rəhbərliyi, Qəbələdə oyunlarımıza gələn yerli azarkeşlərlə yaxşı münasibətim var.
- Hazırda harada məşq edirsiniz?
- Özüm üçün fərdi məşqlə kifayətlənirəm.
- Gələcək karyeranız haqda nə düşünürsünüz?
- Öncə rəhbərliklə söhbətləşməliyəm. Onlar hazırda xaricdədirlər və qayıdışını gözləyirəm. Bundan sonra vəziyyətə aydınlıq gətirəcəyəm.
- “Qəbələ” ilə müqaviləniz olduğundan, digər kluba keçmək üçün transfer vərəqəsinin alınması lazımdır...
- Fikrimcə, bu baxımdan problem yaratmazlar. Rəhbərliyim mənə münasibəti həmişə yaxşı olub. “Qəbələ” ilə müqaviləm 1 ildən sonra bitməlidir. Ailəm, bir qızım var və onları düşünürəm.

0
0