Məmmədovun saxta sənədi
17.04.2012 - 12:38
Məmmədovun saxta sənədi
Hər yığıncağında bir neçə futbolçunun saxta sənədlərlə oynamasını üzə çıxarması artıq ənənəyə çevrilən AFFA-nın İntizam Komitəsi daha 2 komanda ilə bağlı qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, heyətində saxta sənədli futbolçu olan U-14 Liqasında çıxış edən “Sabirabad” və U-11 Liqasında çıxış edən “Lokomotiv” komandaları cəzalanıb.

“Şirvan” – “Sabirabad” matçında sonuncuların heyətində birdən-birə 4 belə oyunçu tapılıb. Xəyal İsmayılov, Arzu Mahmudov, Rəsul Mənsimov, Tural Abdullayevin sənədlərinin saxta olduğu aşkar edilib. Bu səbəbdən adıçəkilən futbolçuların iştirak etdiyi bütün görüşlərdə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Turan” matçda “Lokomotiv”in heyətində Orxan Məmmədovun sənədlərinin saxta olduğu müəyyənləşib. Bu üzdən də onun iştirak etdiyi bütün görüşlərdə komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.