Yığmamız 105 yaşlı qocanın evində - FOTOSESSİYA
17.04.2012 - 13:10
Azərbaycan millisinin növbəti yoxlama oyununu keçirəcəyi stadionla bağlı faktlar məlum olub. Apasport.az saytının məlumatına görə, mayın 30-da Andorra yığması ilə keçiriləcək qarşılaşma “Sportpark Kelsterbach” stadionunda baş tutacaq.
Bu arena “1. FC Viktoria 07 Kelsterbach” klubuna məxsusdur. Essen vilayətinin Kelsterbach şəhərini təmsil edən bu klub 1907-ci ildə yaradılıb. 105 yaşlı “qoca” Almaniyanın VI liqası sayılan Verbandsliga Hessen-Mittedə mübarizə aparır.
Bu kluba məxsus stadion isə böyük ölçüləri ilə öyünə bilməz. Azərbaycan – Andorra qarşılaşmasına ev sahibliyi edəcək stadion cəmi 5 min (bəzi mənbələrdə hətta 4 min) tamaşaçı tutumuna malikdir.

0
0