Bapbalaca boyu var...
17.04.2012 - 13:54
“Barselona” və “Real” arasına bu şənbə keçiriləcək derbi matç öncəsi maraqlı müqayisə aparılıb. Apasport.az saytının məlumatına görə, “Real” İspaniya çempionatının cari mövsümündə vurduğu 107 qolla öz rekordunu təkrarlayıb.
Bu, Madrid klubunun əfsanəvi hücumçusu Emilio Butragenionun vaxtında – 1989/90 mövsümündə müəyyənləşdirilən möhtəşəm göstəriciyə yenidən imza atılmağı deməkdir. “Real” növbəti turda, yəni əzəli rəqibi ilə səfər matçında 1 qol vurarsa, yeni rekord etmiş olacaq.
“Barsa” isə futbolçularının orta boyuna görə Avropanın ən yüksək klublarının reytinqində sonuncu gedir. Bu, 1,7748 metr təşkil edir. Ancaq həmin bəstəboy futbolçuların qurduğu komandanın neçə illərdir Avropada “at oynatmağı” məsələnin boyda olmadığına bariz nümunədir. Necə deyərlər, bapbalaca boyu var, dam dolusu toyu var.

0
0