“Ölkə kubokunu qazansaq, paytaxt küçələrini lüt gəzəcəm”
17.04.2012 - 16:00
“Ölkə kubokunu qazansaq, paytaxt küçələrini lüt gəzəcəm”
Şotlandiyanın “Hibernian” klubunun futbolçusu Harri Okonnor Böyük Britaniyada diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, futbolçu verdiyi qeyri-adi vədi ilə hamını heyrətləndirib.

O, komandasının Şotlandiya kubokunun finalında qalib gələcəyi ilə bağlı söz verib: “Kuboku qazansaq, paytaxt Edinburqun mərkəzi küçələrini lüt gəzəcəm”.

Qeyd edək ki, Şotlandiya kubokunun finalı mayın 19-da keçiriləcək.