Lionel Messi: Onlar qarşısında baş əyirəm
17.04.2012 - 16:35
Lionel Messi: Onlar qarşısında baş əyirəm
“Barselona”ya gəldiyim ilk gündən bu klubda qalmaq istəyirdim. İndiyə kimi heç kim məni inandıra bilmədi ki, başqa cür hərəkət etməliyəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Barselona”nın futbolçusu Lionel Messi deyib.

Son 3 ildə dünyanın ən yaxşı futbolçusu olan 25 yaşlı argentinalı hücumçu İngiltərəyə növbəti səfərində mətbuatın diqqət mərkəzinə düşüb.

Çempionlar Liqasının “Çelsi” ilə ilk yarımfinal matçı öncəsi Messi bildirib ki, bütün peşəkar karyerasını yetirməsi olduğu komandada keçirəcək: “Başa düşürəm ki, gələcəkdə nə baş verəcəyini tapmaq qeyri-mümkündür. Ancaq mən artıq qərar qəbul etmişəm. Karyeramı “Barselona”da başa vursaydım, xoşbəxt olaram”.

Lionel indiyə kimi bir sıra şəxsi nailiyyətlər qazansa, rekordlar etsə də, komandanın uğurunun onun üçün 1-ci dərəcəli olduğunu söyləyib. O, uğurlarına, vurduğu qollara görə daha çox komanda yoldaşlarına borclu olduğunu deyərək, onlar qarşısında baş əyib: “Bu qədər qol vururamsa, bu, komanda yoldaşlarımın əla oyunu ilə bağlıdır. Mənim yanımda istedadlı və möcüzəvi futbolçular oynayır. Onların köməyi olmadan bu qədər qol vurmazdım”.