“Kimin hara getmək istəməsindən xəbərim yoxdur”
17.04.2012 - 23:01
“Kimin hara getmək istəməsindən xəbərim yoxdur”
“Tales Şüts hələ zədəlidir və bu üzdən meydana çıxmır”. Bu sözləri apasport.az saytına AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
Cari mövsümə iddialı start verən, amma ilk “altılığ”a düşə bilməyən AZAL ikinci dəfə baş məşqçi dəyişikliyinə əl atdı. Kubokda mübarizəni dayandırdıqdan sonra komandanın “sükanı arxası”na Vaqif Sadıqovu dəvət edən klub rəhbrəliyi ondan yeni mövsüm üçün güclü heyə qurmağı və mükafatlar uğrunda mübarizə aparmağı istəyib.

Təbii ki, bunun üçün ilk növbədə hazırkı heyəti qorumaq gərəkir. Ancaq mövsüm sona yaxınlaşdıqca bunun çətin olacağı aydındır. Artıq “təyyarəçilər”in heyətində parlaq oyunu və vurduğu qollarla seçilən Şütsun başqa kluba yollanacağı istisna deyil.

Belə ki, “İnter” polşalı futbolçunun xidmətində maraqlıdır. Hətta tərəflərin danışıqlar apardığı və ortaq məxrəcə gəldikləri bildirilir. Lakib baş məşqçi onu buraxmaq niyyətində olmadıqlarını deyib: “Onun klubumuzla müqaviləsi gələn ay bitəcək. Kimin hara getmək istəməsindən xəbərim yoxdur. Ancaq biz Şütsun qalmasını istəyirik. Çünki onu AZAL üzə çıxarıb”.
Şütsdən başqa Zohair Benauhinin da müqaviləsi mövsümün sonunda bitəcək. Baş məşqçi forvardla yanaşı, mərakeşli futbolçunun da qalmasını istəyir: “Kimlərin qalmasını istəyirəmsə, siyahını rəhbərliyə təqdim etmişəm. Ümumiyyətlə hansısa futbolçunu göndərmək niyyətində deyilik. Əksinə, heyətimizi genişləndiəcəyik”.