Danışılmış oyunlar: AFFA indi kimi xalını siləcək?
17.04.2012 - 17:45
AFFA danışılmış oyunlarla bağlı araşdırmaya başladı. Maraqlıdır, görəsən, oyun alqı-satqısında iştirak edən klubları nə gözləyir? Apasport.az saytı Azərbaycan futbolundakı qaydaları oxucularına təqdim edir. Bəlkə də çoxlarının bilmədiyi gerçəyi saytımız açıqlayır.
Mövsümün startında dərc olunan “2011-12-ci il mövsümündə Unibank Premyer Liqa, I divizion və Azərbaycan kuboku uğrunda yarışların Əsasnaməsi. İntizam Qaydaları və Təqvimi” kitabında belə hallar üçün maddə nəzərdə tutulub.
Həmin sənəddə AFFA prezidenti Rövnəq Abdullayevin imzası ilə təsdiqlənən “2011/12 futbol mövsümü üçün AFFA-nın İntizam Qaydaları”nın “Xüsusi hissə”sində oyun satanın da, oyun alanın da, xətir-hörmətə oyun verənin də cəzasının eyni olduğu öz əksini tapıb. Bu, 95-ci maddədə qeyd olunub.
Maddə 95. “Danışılmış” oyunlar aşkar edilərsə, hər iki komanda Premyer Liqadan kənarlaşdırılır və I diviziona keçirilir. Komandaların xalları silinir. Günahkar şəxslər futbol qurumlarında fəaliyyətdən məhrum edilirlər.

0
0