Cahangir Həsənzadə seçimini etdi
17.04.2012 - 23:02
Cahangir Həsənzadə seçimini etdi
Uzun müddətdi AZAL klubunun formasını geyinən Cahangir Həsənzadəyə yeni baş məşqçi Vaqif Sadıqov da etimad göstərmək niyyətindədi. Apasport.az saytının xəbərinə görə, sabiq çalışdırıcılar Nazim Süleymanov və Rafiq Mirzəyevin dönəmində də əsas qapıçı funksiyasını yerinə yetirmiş Həsənzadə ilə artıq yeni müqavilə barədə söhbət də olub. Hazırda zədədən əziyyət çəkən 32 yaşlı qapıçı gələn mövsümdə də "təyyarəçilər"in uğurları üçün çalışacaq.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq qapıçısı zədəli olduğundan hazırda "çərçivə"ni Amil Ağacanov qoruyur.