Türkiyə rəsmən Azərbaycana rəqib oldu
17.04.2012 - 23:09
Türkiyə rəsmən Azərbaycana rəqib oldu
2020-ci Avropa çempionatını keçirmək istəyən ölkələrin sırasına daha biri qoşulub. Apasport.az saytının xəbərinə görə, Türkiyə Futbol Federasiyası mötəbər turniri qəbul etmək üçün namizədliyini rəsmən açıqlayıb. Türkiyə mətbuatının yaydığı məlumatda artıq UEFA-nın qardaş ölkənin namizədliyini qəbul etdiyi vurğulanır.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan da mötəbər turniri keçirmək üçün namizədliyini UEFA-ya təqdim edib.