Premyer Liqada namizədlər açıqlandı
17.04.2012 - 23:00
Premyer Liqada namizədlər açıqlandı
İngiltərə Peşəkar Futbolçular Assosiasiyası cari mövsüm üçün Premyer Liqanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, namizədlər Serxio Aquero, David Silva, Co Hart (hamısı "Mançester Siti"), Ueyn Runi (Mançester Yunayted), Robin van Persi (Arsenal) və Skott Parkerdi (Tottenhem). Ölkə mətbuatının yazdığına görə, namizədlər arasında favorit hollandiyalı van Persidi.