“Çelsi” qorxduğu üçün finala çıxa bilməyib”
17.04.2012 - 23:12
“Çelsi” qorxduğu üçün finala çıxa bilməyib”
"Barselona" klubunun müdafiəçisi Daniel Alveş Çempionlar Liqasının yarımfinalında qarşılaşacaqları "Çelsi" ilə oyun haqda danışıb. Apasport.az saytının xəbərinə görə, braziliyalı futbolçu 2009-cu ildə "Çelsi"nin qorxduğu üçün finala çıxa bilmədiyni bildirib: "2009-cu ildə "Çelsi" ilə keçirdiyimiz yarımfinal görüşü ən çətin oyunlarımızdan biri idi. Çoxları "Çelsi"nin hakim səhvləri ucbatından finala çıxa bilmədiyini söyləyir. Ancaq məncə, "Çelsi" qorxduğu üçün finala çıxa bilmədi. Onlar matçın sonlarına doğru üzərimizə gəlmək əvəzinə geri çəkildilər. Çünki onları 1:0 hesabı qane edirdi. Biz isə irəli atıldıq və lazımi qolu vurmaqla finala yüksəldik".

Qeyd edək ki, 2009-cu ildə səfərdə "Barselona" ilə 0:0 heç-heçə oynayan "Çelsi" doğma meydanda son dəqiqədə buraxdığı topla finala gedə bilməmişdi - 1:1.