İslahat ərəfəsində
17.04.2012 - 23:04
"Xəzər Lənkəran" “Romulo qalmaqalı”nın bədəlini ağır ödədi. Cənublular Qəbələ səfərində əldə olunan qələbədən sonra çempionluq barədə yenicə düşünməyə başlamışdılar ki, FİFA-dan gələn qara xəbərlə sarsıldılar. Ali futbol qurumunun tələbi ilə "ağ-yaşıllar"ın hesabından 6 xal silinməsi komandanın planlarını, azarkeşlərin isə ümidlərini alt-üst etdi.
Çempionluq barədə düşünən bir komandanın ani bir vəziyyətdə qızıl medallar bir yana, avrokuboka vəsiqə qazana bilməmək təhlükəsi ilə üzləşməsi sadə məsələ deyil. Xüsusən də çempionatın həlledici bölümündə hesabından 6 xal silinən bir komandanın futbolçularını toparlamaq olduqca ağır işdi. "Xəzər Lənkəran"ın ötən tur "Bakı" ilə dueldə 1:4 hesablı məğlubiyyətlə üzləşməsi təsadüfi deyil. Amma hamı anlamalıdı ki, indiki durumda göz yaşı axıtmaq, bəxtindən şikayətçi düşməklə heç nəyi dəyişmək olmaz.
Artıq olan olub. Və İdman Arbitraj Məhkəməsinin FİFA-nın tələbi ilə silinən 6 xalın geri qaytarılması yönündə hökm çıxaracağına qətiyyən inanmıram. Reallıqla barışmaq və önə baxmaq lazımdı. Yoxsa it də gedəcək, ip də.
İndi "Xəzər Lənkəran"ın qarşısında duran əsas vəzifə Avroliqaya vəsiqə qazanmaqdı. Cənub klubu ölkə kubokunda mübarizəni dayandırdığından beynəlxalq arenaya yolu Premyer Liqadan keçir. Yunis Hüseynovun komandası qarşıya qoyulan məqsədə çatmaq üçün mövsümü ən azı 4-cü pillədə başa vurmalıdı.
Hazırda hesabında 45 xal olan “ağ-yaşıllar” "dördlüy"ü qapayır. Lakin "Qəbələ"nin "Xəzər Lənkəran"la eyni xala malik olması, "Bakı"nın isə minimal fərqlə onlardan geri qalması vəziyyətin ciddiliyindən xəbər verir. Ona görə də son 4 turun bu kollektivlər üçün ölüm-dirim xarakterli olacağını əminliklə söyləyə bilərik.
Cari çempionatın əvvəlində qarşısına çempionuq məqsədi qoyulan, Mirça Redniklə başlayıb, Cüneyt Biçərlə yola davam edən və nəhayət, Yunis Hüseynova həvalə olunan "Xəzər Lənkəran" məlum və naməlum səbəblərə görə hədəfini dəyişdi. Lakin Mübariz Mənsimov kimi bir şəxsin himayəsində olan klubun növbəti mövsüm də çempionluq və kubok uğrunda mübarizə aparacağı dəqiqdi. Bunun üçün isə Yunis Hüseyovun öz komandasını formalaşdırması zəruridi.
Son vaxtlar ölkə mətbuatında "Xəzər Lənkəran" barəsində çıxan xəbərlərdən belə qənaətə gəlmək olur ki, Cənub klubu Avroliqaya vəsiqə qazanmaq və FİFA ilə İdman Arbitraj Məhkəməsində çəkişməkdən başqa artıq növbəti mövsüm barəsində düşünməyə başlayıb. Hüseynovu hər nə olursa-olsun, klub rəhbərliyini və futbolçularını kimsənin ayağına verməyən bir məşqçi kimi tanıyırıq. Onu da bilirik ki, gənc çalışdırıcı özülü yerli futbolçulardan təşkil olunan bir kollektiv yaratmağa meyillidi. Lakin hazırda Hüseynovun arzuladığı komandanı qurmaq üçün "Xəzər Lənkəran"ın heyətində yetərincə səviyyəli yerli oyunçu yoxdu.
Amma deyəsən, onların sayı artacaq. Təsadüfi deyil ki, "Qarabağ"dan Vüqar Nadirovun, "Qəbələ"dən isə Mahir Şükürovun yayda vaxtı ilə rəhbərliyi altında oynadıqları Yunis bəyin yanına gedəcəkləri yönündə xəbərlər dolaşır. Ən maraqlısı isə odu ki, həmin futbolçular müsahibələrində "Xəzər Lənkəran"a keçəcəklərini istisna etməyiblər.
Yerli futbolçularla yanaşı, Hüseynovun əcnəbilərə də "əl gəzdircəyi" gözlənilir. Məsələn, gənc çalışdırıcının Cüneyt Biçərin istəyi ilə alınan və hazırda ehtiyatda qalan Stefan Bates, Saliff Ballo, Saido Tounkaru kimi yadellilərə qapını göstərəcəyi gözlənilir. İstisna deyil ki, bəzi yerli və əcnəbi futbolçular öz istəkləri ilə "Xəzər Lənkəran"ı tərk edəcəklər. Təbii ki, indi gündəmdə olan əsas məsələ komandanın Avroliqaya vəsiqə qazanmasıdı.
Lakin "Xəzər Lənkəran" kimi imkanlı bir klub artıq indidən transfer çalışmalarına başlamalıdı və yəqin ki, artıq başlanılıb da. Hər halda, boşa verilən mövsümlərin sayı çoxaldıqca qızıl medalları qazanmaq zərurəti də artır. Cənub klubu çempion imicini itirməmək üçün Yunis Hüseynovla zirvəni fəth etməyə məhkumdu.
ŞAMO
Ekspressfutbol

0
0