“Bavariya”nın evdə məğlubedilməzliyinin sirri
18.04.2012 - 09:00
“Bavariya”nın Çempionlar Liqasında ev oyunlarında məğlubedilməzliyinin sirri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi Avropanın ən nüfuzlu turnirində öz meydanında keçirdiyi matçlarda hesabı açanda, heç vaxt uduzmayıb. Bu, Madrid “Real”ı ilə dünənki yarımfinal oyununda da reallaşıb. Belə ki, fasiləyə 1:0 hesabı ilə irəlidə yollanan Münhen klubu sonda qalib gəlib – 2:1. “Bavariya” evdə 52 oyun keçirib ki, hansılarda ilk qolu vurub. Bunlardan 45-i onun qələbəsi ilə nəticələnib, 7-də heç-heçə olub.
0
0