Ronaldonun butslarını oğurladılar
18.04.2012 - 09:25
Ronaldonun butslarını oğurladılar
İspaniyanın “Real” klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə Almaniyadakı ilk oyunu ərəfəsində xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Münhenin “Alyans Arena” stadionunun soyunub-geyinmə otağında ispaniyalılar arzuolunmaz sürprizlə qarşılaşıb. Belə ki, naməlum cinayətkar futbolçuların şəxsi əşyalarını oğurlayıb. 6 cüt buts və futbol köynəklərinin oğurlandığı müəyyənləşib. Bu butslardan 3 cütü Kriştianu Ronaldoya məxsusdur. Digər 3 cüt isə Məsut Özil və Kərim Benzemanın olub.