Çempionlar Liqasının ən böyük uğursuzları
18.04.2012 - 11:12
Çempionlar Liqasının final oyununa az qalmış yarışın ən böyük uğursuzlarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, karyerası ərzində bir çox titullar qazanan, lakin Avropanın ən nüfuzlu klub turnirinin qalibi olmayan dünya şöhrətli ulduzların siyahısında 10 futbolçu yer alıb.
1. Ronaldo. 2 qat dünya çempionu, Kuboklar kuboku, UEFA kubokunun qalibi, 3 dəfə dünyanın ən yaxşı futbolçusu seçilən braziliyalı “Barselona”, “İnter”, “Real” kimi nəhənglərdə oynasa da, ÇL-in qalibi olmayıb.
2. Fabio Kannavaro. Dünya çempionu, 2006-cı ilin dünyanın ən yaxşı futbolçusu, son 20 ilin ən yaşı müdafiəçilərindən biri “İnter”, “Yuventus”, “Real” kimi klublarda Avropanın ən yaxşısı olmayıb.
3. Françesko Totti. Dünya çempionu “Roma”ya sadiqliyi üzündən ÇL-i qazanmağa o qədər də şans qazanmayıb və azsaylı imkandan yararlana bilməyib.
4. Canluici Buffon. Dünya çempionu tituluna malik son 15 ilin ən sabit qapıçısı 9 il əvvəl ÇL-i qazanmağın 1 addımlığında qalıb. “Milan”la final oyununun penalti seriyasında Klarens Zeedorf və Kaxa Kaladzenin zərbələrini qaytarmaq da ona kifayət etməyib.
5. Zlatan İbrahimoviç. İsveçlinin oynadığı komandalar o, klubu tərk edəndən sonra ÇL-i qazanır. “İnter” də, “Barselona” da belə olub. İndi növbə “Milan”a çatıb.
6. Ruud van Nistelroy. 3 ölkədə çempion olan 21-ci əsrin ən məhsuldar hücumçularından birinin nə “Mançester Yunayted”, nə də “Real”da bəxti gətirib.
7. Pavel Nedved. Bəxtsiz çexiyalı 2003-cü ildə cəza üzündən finalı buraxmaqla “Yuventus”a kömək etməkdən məhrum oldu. O, Avro-96 və Avro-2004-də də bəxtsizlikə üzləşib.
8. Frenk Lempard və Con Terri cütlüyü. “Mançester Yunayted”lə finalda bəxtsizliyə üzülən ingilislər həmin vaxt qalib gələn tərəfdə olsaydı “Çelsi”nin üzvləri deyil, Kriştianu Ronaldo uğursuzlar sırasında olardı.
9. Didye Droqba. Həmin ingilis finalının 115-ci dəqiqəsində afrikalı qırmızı vərəqə almasaydı penaltilər seriyasında səhvə yol verən Con Terrinin əvəzinə zərbəni o. Yerinə yetirərdi.
10. Aryen Robben. Nəhəng klubları gəzişən hollandiyalı “Çelsi”, “Real”, “Bavariya”da oynasa da titulu qazana bilməyib.

0
0