Qurbanov 200 manata klub yaratdı
18.04.2012 - 11:48
Qurbanov 200 manata klub yaratdı
Ölkəmizdə daha bir klub yaradılıb. Apasport.az saytının məlumatına görə, vaxtilə Azərbaycan çempionatının güclülər dəstəsində də oynamış “Daşqın” futbol klubunun adını daşıyan yeni komanda təsis olunub. Zaqatalada yaranan klubun təsisçisi Vaqif Qurbanovdur.

1992-93-cü illərdə güclülər dəstəsində çıxış edən “Daşqın”ın şərəfini qorumuş 50 yaşlı Qurbanov futbolçusu olduğu komandanı bərpa etmək üçün bu addımı atıb. Qurban Qurbanov və Musa Qurbanov kimi tanınmış futbolçuların da çıxış etdiyi həmin komanda sonradan bir neçə dəfə bərpa olunsa da, uzunömürlü olmamışdı. Bu dəfəki klub işə 200 manatlıq Nizamnamə kapitalı ilə başlayıb.

Qeyd edək ki, Zaqatalanı Premyer liqada “Simurq” təmsil edir.