Veselko Trivunoviç “Qəbələ”dən ayrılmasının səbəbini açıqladı
18.04.2012 - 12:32
Veselko Trivunoviç “Qəbələ”dən ayrılmasının səbəbini açıqladı
“Azərbaycandan ailə məsələlərinə görə ayrıldım. Yaxın zamanlarda ata olacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun sabiq futbolçusu Veselko Trivunoviç deyib.

Ötən ilin yayında Azərbaycana gələn Serbiya millisinin sabiq üzvü mövsüm başa çatmamış klubsuz qaldı. Müqaviləsi qarşılıqlı şəkildə pozulan yarımmüdafiəçi vətənində gələcək karyerası ilə bağlı planlarını açıqlayıb: “1 il oynadığımı “Qəbələ”dən vətənə qayıdan kimi yaşadığım Novi-Sad şəhərinə yollandım. Hələlik fərdi məşqlər edirəm. İyunda klub axtarışına başlayacağam. Azərbaycan missiyam bitib. Lakin mən yenidən ölkə xaricində oynamaq niyyətindəyəm. Təkliflər alsam da, qərar verməyə tələsmirəm. Mənim üçün ən əsası legioner həyatı yaşamaqdır”.

Qeyd edək ki, Serbiyanın aşağı dəstəsində çıxış edən Novi-Sad təmsilçisi “Proleter” Trivunoviçi heyətində görmək istəyindədir.