Qurban Qurbanov: Hələ heç nə həll olunmayıb
18.04.2012 - 17:14
Qurban Qurbanov: Hələ heç nə həll olunmayıb
“Bakı” ilə oyunumuz maraqlı alındı. İlk hissə ilə müqayisədə fasilədən sonra daha açıq futbol izlədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

40 yaşlı mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsinin bu gün “Bakı” ilə səfərdə keçirilən oyunu haqda fikirlərini açıqlayıb: “Yetirmələrimdən razı qaldım. Lakin qələbəyə baxmayaraq, hələ heç nə həll olunmayıb. Qarşıdakı bizi bu rəqiblə Quzanlıda həm çempionat, həm kubok oyunu gözləyir. Biz bu matçlarda istədiyimiz nəticəni əldə etməliyik”.

Qeyd edək ki, “Bakı”nın meydanında baş tutan oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.