“Xəzər Lənkəran” CAS-dan şad xəbər aldı
18.04.2012 - 21:56
FİFA-nın qərarı ilə hesabından 6 xal silinməsindən sonra Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edən “Xəzər Lənkəran” rəhbərliyi bu qurumdan cavab alıb. Bu barədə apasport.az saytına cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
Artıq təmsil olunduğu komandanın şikayətinin CAS tərəfindən qəbul olunduğunu vurğulayan Nadirovun fikrincə, bununla bağlı az öncə klubun ofisinə məktub daxil olub. Həmin məktubda “Xəzər Lənkəran” Futbol Klubunun şikayətinə baxılacağı vurğulanır.
“Bildiyiniz kimi, FİFA-nın qərarı ilə komandamızın hesabından 6 xal silinmişdi. Bu qərarı ədalətsiz saydığımızdan, FİFA-dan Beynəlxalq İdman Arbitraj Məhkəməsinə şikayət etmişdik. Artıq bu qurumdan müraciətimizə cavab gəlib. Komandamızın ofisinə daxil olan məktubda şikayətə baxılacağı qeyd olunub. Arbitraj Məhkəməsi hətta bununla bağlı FİFA-ya sorğu göndərib ki, “Xəzər Lənkəran”ın hesabından 6 xal hansı əsasla silinib” – deyə, Nadirov bildirib.
“Xəzər Lənkəran”ın digər iddiasında məsələyə tez bir zamanda baxılması göstərilib ki, buna da səbəb artıq Premyer Liqada mübarizənin sona yaxınlaşmağıdır. Məlum qərarın dondurulmasını istəyən CAS da FİFA qarşısında şərt qoyub: “FİFA qarşısında şərt qoyulub ki, məsələyə aprelin 25-dək baxılsın”.
Xatırladaq ki, FİFA 2008/09 mövsümündə “Xəzər Lənkəran”da oynayan braziliyalı futbolçu Romulo Silvanonun şikayətinə əsasən cənub təmsilçisinin hesabında 6 xal silib. Qərarı ədalətsiz sayan “Xəzər Lənkəran” rəhbərliyi bununla əlaqədar Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etmişdi.

0
0