Azərbaycanlı baş məşqçi Moskvada şok yaşadı
18.04.2012 - 23:16
Bugünlərdə Rusiyanın paytaxtı Moskvada kişilərdən ibarət basketbol klubları arasında Avropa Kubokunun "Dördlər finalı" keçirilib. "Drim-tim" adlanan bu "Dördlər finalı"nda "Spartak" (Sankt-Peterburq, Rusiya), "Ximki" (Rusiya) və "Letuvas Ritas" (Litva) klubu ilə yanaşı, Azərbaycan yığmasının amerikalı legioneri Niklas Caner-Medlinin hazırda şərəfini qoruduğu "Valensiya" da (İspaniya) mübarizə aparıb.
Yığmamızın amerikalı legionerinin oyununu yaxından və canlı izləmək üçün yığmanın baş məşqçisi Elxan Əliyev və komandamızın türkiyəli meneceri Levent Türknas da turnirin keçirildiyi Moskva şəhərində olub.
Bir gün öncə Rusiyadan dönən baş məşqçi Elxan Əliyev turnirlə bağlı öz təəssüratlarını "Ekspres Futbol"un əməkdaşına danışıb: "Əvvəla, onu deyim ki, mənim bu səfərim həm yaxşı, həm də pis oldu. Pis olan o idi ki, orada gördüklərim məni şoka saldı. Yarışın keçirildiyi arenanın gözəlliyi, orada təkcə bir klubun basketbolçuları üçün yaradılan şərait sözün əsl mənasında məni heyran etdi. Bir anlıq fikirləşdim ki, bunlar da basketbol oynayırlar, biz də. Bunların da şəraitinə bax, bizim də. Təsəvvür edin ki, oyundan sonra basketbolçular zala toplaşan azarkeşlərə hədiyyə olaraq, 100 dollar dəyərində olan toplar atırdılar. Amma biz beləsini oynamağa tapmırıq. O şəraitlə bizim şəraiti müqayisə edəndə adam az qalır havalansın".
Baş məşqçi daha sonra Niklas Caner-Medli ilə görüşməsi və onun oyununu bəyənməsi ilə bağlı danışdı və bundan çox şad olduğunu dilə gətirdi: "Açığı, Niklasın oyunu çox xoşuma gəldi. Mərkəz hücumçusu kimi 5 nömrə altında meydana çıxan Niklas "drim-tim"də keçirdiyi hər iki oyunda komandasının heyətində ən çox xal toplayan oyunçu oldu. "Letuvas-Ritas"la yarfminalda dəqiq atışları ilə komandasının aktivinə 19 xal yazdıran Caner-Medli yerli "Ximki"yə qarı keçirilən final matçında isə 23 xal qazandı. Təəssüflər olsun ki, "Valensiya" finalda minimal hesabla "Ximki"yə - Azərbaycan yığmasının litvalı sabiq baş məşqçisi Rimas Kurtinaytisin komandasına uduzdu. Yoxsa o, "drim-tim"in ən yaxşı oyunçusu adına layiq görüləcəkdi. Adətən ən yaxşı oyunçu qalib komandanın heyətindən seçilir. Niklasın meydanda nümayiş etdirdiyi oyun məni qane etdi. O, meydanda yalnız mərkəz hücumçusu kimi deyil, bütün mövqelərdə oynayırdı. Ümid edirəm ki, Niklas bizə AÇ-2013-ün seçmə qrup mərhələsində yetərincə kömək edəcək. İki gün demək olar ki, həm onunla, həm də onun şəxsi meneceri ilə söhbətlər apardıq. Millimizin köynəyini də onlara hədiyyə verdik. "Drim-tim"dən sonra "Valensiya" İspaniya çempionatında mübarizəni davam etdirəcək. İyulun əvvəlindən etibarən isə bizim yığmanın düşərgəsinə qatılacaq və bizimlə birlikdə AÇ-nin seçmələrinə hazırlaşacaq".

0
0