“Simurq” legioneri ilə vidalaşdı
18.04.2012 - 23:25
“Simurq” legioneri ilə vidalaşdı
“Simurq” yarımmüdafiəçi Andreys Rubins ilə qarşılıqlı razılıq əsasında müqaviəsini vaxtından əvvəl ləğv edib. Apasport.az saytının xəbərinə görə, Zaqatala təmsilçisi latviyalı futbolçu ilə rəsmi şəkildə yolların ayırıb.

Qeyd edək ki, Andreys Rubins 2011-ci ilin sentyabr ayından “Simurq”un formasını geyinib və ilk dəfə V turda “İnter”lə oyunda debüt edib. Mövsüm ərzində 1053 dəqiqə meydanda olan latviyali futbolçu XII turda “Rəvan”la görüşdə “Simurq”un forması altında ilk və sonunçu qolunu vurub. Təcrübəli yarımmüdafiəçi buna qədər isə Azərbaycan çempionatında Bakının “İnter” və Ağdamın “Qarabağ” klubunda forma geyinib.