Araz Abdullayev meydana girdi, komandası qol vurdu
19.04.2012 - 08:27
Yunanıstan Superliqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios” klubu öz meydanında “Ksanti”ni qəbul edib. İlk yarıda qapısında qol görən meydan sahibləri fasilədən sonra hesabı bərabərləşdirib. Bu, Arazın meydana daxil olmasından 5 dəqiqə sonra baş verib. 67-ci dəqiqədə Patrik Dimbalanı əvəzləyən həmyerlimiz matçın son 23 dəqiqəsində meydanda olub.
Bu oyun Araz üçün əlamətdar gündə keçirilib. Belə ki, qarşılaşma günü ad günü ilə üst-üstə düşən Araz 20 illik yubileyini qeyd edib.
Qeyd edək ki, 29 turdan sonra hesabında 33 xal olan “Panionios” 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.

0
0