Xosep Qvardiola: “Çelsi”yə məğlubiyyətin əvəzini çıxmağa hazırıq
19.04.2012 - 08:55
”Çelsi” ilə oyunun çətin olacağını bilirdik. Matça qədər belə təəssürat vardı ki, rəqib qapısı qarşısında qol imkanları elə də asan olmayacaq. Ancaq şanslarımız yetərincə çox idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Barselona”nın baş məşqçisi Xosep Qvardiola deyib. Çempionlar Liqasının ilk yarımfinal oyununda Londonda “Çelsi”yə 0:1 hesabı ilə uduzan ispan çalışdırıcı məğlubiyyətin səbəblərini açıqlayıb.
Qvardiola bildirib ki, rəqibdən daha çox uzun ötürmələr və autdan uzun atışlar gözləsə də, bu, olmayıb: “Özü də biz qapıya yarı yolda olanda, “Çelsi” müdafiənin dərinliyinə çəkilərək, böyük qüvvə ilə müdafiə olunurdu. Asan deyildi. Biz topla daha çox davranırdıq, ancaq bundan heç bir divident almadıq. Yalnız topa nəzarətlə oyunlar udulmur. Bu gün rəqib bizdən yuxarı tullandı və fiziki cəhətdən güclü idi. London klubuna təbriklərimi göndərirəm”.
Cavab matçında qələbəyə ümid edən Qvardiola rəqibi artıq cütün favoriti sayır: “Biz yaxşı oyun göstərdik, 24 qol vəziyyəti yaratdıq və istənilən halda, yenə uduzduq. Nə etmək olar? İndi ev matçında daha 24 imkan yaradıb, yaxşıya ümid etmək lazımdır. Hesab edirəm ki, rəngarəng hücum etmək lazımdır. Oyunçularım məyusdurlar, ancaq bilirəm və əminəm ki, onlar finala vəsiqəni qazanmaq üçün mümkün olan hər şeyi edəcəklər. Biz səbirli olmalıyıq və doğma stadionun dəstəyinə ümid etməliyik. İndi rəqib favoritdir və minimal hesablı qələbə onlar üçün yaxşı nəticədir. Bizim vəzifə cavab oyununda məğlubiyyətin əvəzini çıxmaqdır ki, bunu həll etməyə hazırıq”.

0
0