Premyer Liqa təmsilçisi hamıdan öndə
19.04.2012 - 09:30
Məşhur “Forbes” jurnalı dünyanın ən bahalı klublarının yeni siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubu siyahının ilk pilləsində qərarlaşıb. Son 1 ildə dəyəri 20 faiz artan Premyer Liqa təmsilçisinin qiyməti 2,2 milyard dollardır. 29 faiz bahalaşan İspaniya “Real”ının dəyəri 1,8 milyard dollardır. Digər İspaniya təmsilçisi “Barselona” isə üçüncüdür – 1,3 milyard dollar.
0
0