Araz Abdullayev 1 aydan sonra meydana çıxdı
19.04.2012 - 10:02
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev Yunanıstan Superliqasında 1 aylıq həsrətə son qoyub. Apasport.az saytının məlumatına görə, “Panionios” klubunun şərəfini qoruyan yarımmüdafiəçimiz 20 yaşını qeyd etdiyi gündə meydana çıxıb. “Ksanti” ilə görüşün 67-ci dəqiqəsində komanda yoldaşını əvəzləyən Abdullayev sonuncu dəfə martın 18-də meydana çıxmışdı. Aprelin 18-dək olan 1 ayda Superliqa üzünə həsrət qalan futbolçu komandasının bundan əvvəlki 3 qarşılaşmasını kənardan izləmişdi.
0
0