Mərkəz müdafiəçisindən möhtəşəm qol – VİDEO
19.04.2012 - 10:23
Yunanıstan Superlqiasının XXIX turu qeyri-adi hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Kerkira” – OFİ qarşılaşmasında unikal qol qeydə alınıb. Meydan sahiblərinin futbolçusu Timo Ventsel görüşün 23-cü dəqiqəsində hesab 1:1 olarkən komandasını irəli çıxaran qola imza atıb. Lakin mərkəz müdafiəçisi bu qolu öz cərimə meydanının yaxınlığından vurub. Almaniya milli komandasının sabiq futbolçusu bu qarşılaşmada ümumilikdə 2 dəfə qol sevinci yaşayıb.
Qeyd edək ki, qarşılaşma “Kerkira”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qarşılaşma “Kerkira”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
0
0