Messi - 7 oyunda 0 qol
19.04.2012 - 13:01
Dünyanın ən yaxşı futbolçusu Lionel Messi sindromla üzləşib. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu üçün də mümkünsüz vəzifə var imiş.
Belə ki, super məhsuldarlığı ilə bütünü dünyanı heyrətə gətirən Messi heç də hər komandaya qol vura bilmir. Lionel üçün ən “alınmaz qala” isə İngiltərənin “Çelsi” klubudur.
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu Messinin “zadəganlar”a qarşı 7-ci dueli idi. Lakin argentinalı bu dəfə də London təmsilçisinin qapısına yol tapa bilmədi. Hərçənd son 14 oyunda 26, mövsümdə 63, karyerasında 246 qol vuran Messinin qarşısında tab gətirmək hər qapıçıya nəsib olmur.

0
0