Georgi Adamiya: Bunu həmişə xatırlayıram - MÜSAHİBƏ
19.04.2012 - 14:49
“Qarabağ”ın gürcüstanlı futbolçusu Georgi Adamiyanın apasport.az saytına müsahibəsi
- “Bakı” ilə keçirdiyiniz Azərbaycan kubokunun ilk yarımfinal oyunu haqda nə deyə bilərdiniz?
- “Bakı” son vaxtlar yaxşı formada olduğundan, oyunun çətin olacağını bilirdik. Elə də oldu. Qələbəni yalnız son dəqiqələrdə vurduğumuz qolla qazandıq.
- Həmin qolun müəllifi siz oldunuz. Özü də keçmiş komandanıza, son çempionluğu qazandığınız “Bakı”ya qol vurdunuz...
- Bu komandada oynadığım vaxtdan artıq 3 il keçib. Mən bütün rəqiblərə eyni yanaşıram və “Bakı” da mənim üçün növbəti rəqibdir.
- Sonradan meydana çıxaraq, vurduğunuz qolun necə şərh verərdiniz?
- Mən bir hücumçu kimi həmişə qol vurmağa çalışıram. Ancaq ən vacibi komandaya kömək etməkdir. Meydanda olduğum hər zaman – fərqi yoxdur, əsas heyətdə, yoxsa sonradan meydana çıxanda – öz oyunumla komandama kömək etməyə çalışıram. Şadam ki, bu dəfə vurduğum qolla vacib qələbə qazandıq.
- Demək olar ki, səfərdə 1:0 hesablı qələbədən sonra finala çıxmaq məsələsini böyük ölçüdə həll etmisiniz?
- Hələ mübarizə bitməyib. Kubok 2 oyundan ibarətdir və qalibin adına aprelin 25-də Ağdamda keçiriləcək cavab matçında aydınlıq gələcək. Buna qədər isə həmin “Bakı” ilə evdə çempionat oyununa çıxacağıq. Artıq həmin matçın hazırlığına başlamışıq. Az öncə məşqdən çıxmışıq və sabah Ağdama yollanaraq, hazırlığı orada davam etdirəcəyik. Düzdür, ola bilər ki, səfərdə vurduğum qol, qazandığımız qələbə bizi daha şanslı edir. Ancaq bu, bizə arxayınlaşmağa qətiyyən əsas vermir. Çünki elə “Bakı” da bizə rəqib meydanında qol vura bilər. Rəqib hazırda yaxşı futbol göstərir və cavab oyunumuz da çətin olacaq.
- Elə oldu ki, vurduğunuz qol yarımfinalda yeganə oldu və Azərbaycan kubokunda antirekorda imkan vermədi...
- (gülür) Həqiqətən elə alındı ki, ilk matçlarda yeganə qolu mən vurdum. Ancaq son vaxtlarda bizdə qol vurmaq baxımından problem yaranır. Bu qol özünəinamı artırmaq baxımından yaxşı oldu.
- “Qarabağ”ın son vaxtlar xal itirdiyi oyunlarda çox qol imkanları yaratsa da, bundan istifadə edə bilməməyin acısını çəkir. Elə şəxsən siz də xeyli müddətdir qol vura bilmirdiniz...
- Doğrudur, bir ara ardıcıl fərqlənirdim, qol seriyam getdi. Ancaq bundan sonra qol vura bilmirdim. Sevinirəm ki, buna son qoydum. Komandamız oyunlarda çoxlu qol vəziyyətləri yaratsa da, son nöqtəni qoya bilmirik. Bunun səbəbini izah etmək çətindir. Hər halda, çatışmazlıqları aradan qaldırmalı, bunun üçün çox çalışmalıyıq.
- Azərbaycan kubokunda çox az fərqlənmisiniz. Sonuncu qolunuzu nə vaxt vurduğunuz xatırlayıram?
- Bəli, “Qarabağ”ın heyətində kubokda ilk qolumu vurdum. Sonuncu qolumu isə “Bakı”da vurduğumu xatırlayıram. Bu, 2000/09 mövsümündə idi. 3 il öncə martda “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika stadionunda 2:2 hesabı ilə nəticələnən ¼ final mərhələsinin cavab oyununda komandamın ilk qolunu vurmuşdum.
- Maraqlıdır ki, ölkəmizdə çıxış etdiyiniz 7 ildə Azərbaycan kubokunun qazanmamış, finalda da oynamamısınız. Bu haqda düşünmüsünüz?
- Əlbəttə, mən bunu həmişə xatırlayıram. Hələ ki finalda da iştirak etmək məndə alınmayıb. Təbii ki, Azərbaycan çempionluğundan sonra finala vəsiqə qazanıb, kuboku da qazanmaq istəyirəm.
- “Qarabağ”la bu tilsimi qırmalısınız...
- Mən də buna ümid edirəm. Təbii ki, Azərbaycan kubokunda uğur qazanmaqla bağlı istəyim böyükdür. Ancaq gəlin tələsməyək, 1 həftə də gözləyək, səbir edək. Cavab oyunundan sonra final haqda danışmaq olar.
- Bəs çempionatda hansı uğuru gözləyirsiniz?
- Yəqin ki, cari mövsümdə çempion ola bilməyəcəyik. Hər halda, sona 4 tur qalmış “Neftçi” ilə xal fərqi 10-dur və bu komandanın növbəti turda “Xəzər Lənkəran”la səfər matçında çempionluğu qazanacağı gözlənilir. Biz isə 2-ci yerdə mövqeyimizi axıra kimi qoruyub, sonda gümüş medalçı və Azərbaycan kubokunun qalibi olmaq istəyirik.
Mehman SÜLEYMANOV

0
0