Ronaldo ilə Messini kölgədə qoyan futbolçu tapıldı
19.04.2012 - 16:47
Dünyada ən çox qazanan futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşhur “Forbes” jurnalının ən yüksək ödənişli futbolçularla bağlı dərc etdiyi reytinqdə son illərdə dünyada ən yaxşı oyunçular seçilən Lionel Messi ilə Kriştianu Ronaldonun liderliklərini əldən vermələri müəyyənləşib. Belə ki, ötən il ən çox qazanan futbolçu İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem olub.
ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda oynayan 37 yaşlı yarımmüdafiəçi klubda məvacibi və sponsorluq müqavilələrini nəzərə alsaq, 46 milyon dollar qazanmaqla, gənc həmkarlarını arxada qoyub. Devidin ən yaxın izləyiciləri olan dünyanın ən bahalı futbolçusu olan Ronaldo 42, Messi 39 milyon dollar qazanc əldə edib.
Bekhemin həmyerliləri, vaxtilə yığmada birgə oynadığı Ueyn Runi ilə Con Terrinin ötən il qalmaqallarına görə nüfuzlarına zərbə dəysə, hətta bəzi sponsorlar onlarla müqavilələri pozsa da, İngiltərə Premyer Liqasının ən qazanclı futbolçularıdır. Belə ki, Runi 24 milyonla 4-cü, Terri 18 milyonla 6-cı yerdə gedir.

0
0