Türk məşqçi millimizin perspektivindən danışdı
19.04.2012 - 23:03
“Fiziki hazırlıq baxımından Azərbaycan yığması yaxşı komandadır”. Apasport.az saytının xəbərinə görə, bunu qızlardan ibarət Türkiyə millsinin baş məşqçisi (U-17)Tayqun Erdem deyib.
Tiflisdə keçirilən beynəlxalq turnir çərçivəsində millimiz üzərində qələbə qazanan “ay-ulduzlular”ın çalışdırıcı komandamızın perspektivindən danışıb: “Azərbaycan yığmasının yaxşı rəqib olmasını oyundan əvvəl isinmə hərəkətləri zamanı bir daha bunun şahidi oldum. Lakin bugünkü rəqibimizin ustalıq səviyyəsi daha yüksək olan 2-3 futbolçuya da ehtiyacı var. Bu çatışmazlıq yoluna qoyulsa, Azərbaycan yığması 2012-ci ildə keçiriləcək dünya çempionatında yaddaqalan komandalardan biri ola bilər”.

0
0