Milli komandamızın rəqibi bəlli oldu
19.04.2012 - 23:07
17 yaşadək qızlardan ibarət komandalar arasında UEFA tərəfindən Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş turnirdə Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, komandamız 3-cü yer uğrunda oyunda Qazaxıstan yığması ilə qarşılaşacaq. Oyun aprelin 21-də, Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.
Qeyd edək ki, Qazaxıstan yığması turnirdə keçirdiyi ilk oyunda gürcüstanlı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Qazaxıstan yığması turnirdə keçirdiyi ilk oyunda gürcüstanlı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub.
0
0