Yığmamızın oyunçusunun “Skype” dostu
20.04.2012 - 09:18
Ukraynanın “Uraqan” klubunun futzalçısı Leandrinyo komandaya keçidinin necə gerçəkləşməyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futzal veteranı bu işdə vasitəçi rolunu Azərbaycan milli komandasının üzvü Biro Jadenin çıxış etdiyini bildirib. Yığmamızın milliləşən braziliyalısı həmyerlisinin İvano-Frankovsk təmsilçisinə keçidində əsas pay sahibi olub: “Rusiyada oynadığım vaxt Biro Jade ilə dostlaşmışdım. Onunla “Skype” vasitəsilə mütəmadi danışırdıq. Karyeramı bitirməyə hazırlaşdığım vaxt o mənə Ukraynada “Uraqan” kimi klubun olduğunu dedi. Biro Jade prezident, baş məşqçi və kollektivi elə təriflədi ki, mən də orada oynamağa razı oldum”.
0
0