“Neftçi” darmadağın oldu
20.04.2012 - 09:07
“Neftçi” darmadağın oldu
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da “Neftçi” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız rəqibini darmadağın edib - 6:1. U-17-nin heyətində Elnur Cəfərov dubl edib. Hərəyə bir dəfə isə Ülvi İbazadə, Roman Məmmədov, Elvin Nəsibov və Pərviz Qaraxanov fərqlənib.

Mənbə: affa.az