Əvvəl Azərbaycan, sonra ABŞ milli komandası
20.04.2012 - 09:48
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Rusiya yığması yoldaşlıq görüşü ilə bağlı növbəti rəqibi müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız noyabrın 14-də ABŞ yığması ilə qüvvəsini sınayacaq. İlkin məlumata görə, matç rəqib meydanında keçiriləcək. Rusiya yığması tarixində amerikalılarla 4 oyun keçirib. Bunlarda uduzmayan ruslar 2 dəfə qalib gəlib, 2 dəfə heç-heçə edib.
Qeyd edək ki, Rusiya yığması millimizlə növbəti seçmə mərhələdə ilk oyununu oktyabrın 16-da evdə keçirəcək. Rəqibimizin ABŞ-la matçı məhz bundan sonra olacaq. Yığmamız FİFA-nın təqvim günü olan noyabrın 14-də ruslardan fərqli rəsmi oyun keçirərək, Şimali İrlandiya millisinin qonağı olacaq.

0
0