Emil Mpenza əfsanəvi Raulla eyni komandada
20.04.2012 - 11:21
“Şalke”dən ayrılacağı rəsmən açıqlanan ispaniyalı futbol əfsanəsi Raul dünyanın idman mətbuatına yeni mövzu verib. Apasport.az saytının məlumatına görə, xarici həmkarlarımız pireneyli “qol maşını”nın işsiz futbolçular siyahısına qoşulmasına biganə qalmayıb.
Hətta dünya futbolunun ulduzlarından ibarət rəmzi yığma da tərtib olunub ki, Raulun da həmin komandaya qoşulması qeyd edilib. Həmin dünya yığmasında Bakının “Neftçi” klubunun düşərgəsini tərk edən Emil Mpenza da var.
O, klubsuz mütəxəssis Rafael Benitesin başçılıq etdiyi işsizlər yığmasında yer alıb. Komandada ingiltərəli Sol Kempbell, braziliyalı Adriano, kamerunlu Timoti Atuba, argentinalı Franko Kostanzo, portuqaliyalı Manişe, ispaniyalılar Quti, Raul, yunanıstanlı İoannis Amanatidis, belçikalı Emil Mpenza, isveçli Frederik Lyunberq, serbiyalı İvan Erqiç və isveçrəli Yohan Vonlanten də var.

0
0