İqor Mitreski: Xal ehtiyatı bizə rahat oynamağa imkan verir - MÜSAHİBƏ
20.04.2012 - 11:58
“Neftçi” klubunun makedoniyalı futbolçusu İqor Mitreskinin apasport.az saytına müsahibəsi
- Bir neçə gün öncə Azərbaycan kubokunun yarımfinalında “İnter”lə qarşılaşdınız. Bu matç haqda nə düşünürsünüz?
- Normal oynadıq. Düzdür, matç heç-heçə başa çatdı. Amma qol vurmaq üçün imkanlarımız oldu ki, onlardan yararlana bilmədik. Ümumilikdə isə səfərdə əldə olunan 0:0 hesabı normal nəticədir. Cavab oyununu öz meydanımızda keçirəcəyik.
- Meydan amilinin xeyrinizə olacağını nəzərə alsaq, final şanslarını necə qiymətləndirirsiniz?
- Şanslar 50-nin 50-yədir. “İnter” də güclü komandadır.
- Qarşıda “Xəzər Lənkəran”la “Böyük oyun” var...
- Bu görüş bizim üçün çox vacibdir. Matça çox yaxşı hazırlaşmışıq. Hər oyuna olduğu kimi, bu qarşılaşmaya da qələbə üçün çıxacağıq. Hazırda böyük xal ehtiyatımız var və izləyicilərimizdən irəlidə olmağımız bizə daha rahat oynamaq imkanı verir. Qələbə qazanıb ehtiyatımızı artırmağa çalışacağıq.
- Bilirsiniz ki, Lənkəranda çempionluğu bayram edə bilərsiniz?
- Bu, asan olmayacaq. Çox çətindir. Düşünürəm ki, həmişə olduğu kimi azarkeşlər yenə maraqlı oyunun şahidi olacaqlar. “Xəzər Lənkəran”ın hesabından 6 xal silinsə də, onlar qələbə qazanmağa çalışacaqlar.
- “Xəzər Lənkəran”ın hesabından 6 xalın silinməsi oyuna təsir edə bilərmi?
- Təbii ki, bizim üçün heç bir fərqi yoxdur. Amma rəqib üçün bəlkə də psixoloji çətinlik yarada bilər. Mənə elə gəlir ki, baş verənlərə baxmayaraq, “Xəzər Lənkəran” bizimlə oyuna tam köklənəcək.
- Ardıcıl 2-ci dəfə çempionluq sevinci yaşayacaqsınız...
- Hələ qarşıda 4 oyunumuz var. Ona görə çempionluqdan danışmayaq. Amma Rusiyada oynayanda da ardıcıl 2 çempionluq yaşamışam. Bu, 9-10 il əvvəl “Spartak”da olub.
- “Neftçi” oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda hələ də qələbə qazana bilməyib. Sizcə, buna səbəb nədir?
- Onlar bizə qarşı oyuna xüsusi köklənirlər. Üstəlik, azarkeşlər də bizə qarşı olur. Orda tribunalar ağzına kimi dolur. Bir sözlə, anşlaq olur.
- Belə auditoriyada oynamaq çətin deyil ki?
- Mənim üçün heç bir çətinliyi yoxdur. Avropada oynadığım vaxtlar dolu tribunalar qarşısında oynamağa adət etmişəm.
- Lakin Azərbaycanda yalnız Lənkəranda bu müşahidə olunur...
- Tamaşaçılarla dolu stadionda oynamaq çox xoşdur. Çox istərdim ki, bütün matçlarda, ev oyunlarımızı keçirdiyimiz Bakıda da stadionlar azarkeşlərlə dolu olsun.

0
0