Çempionluğun dəyəri açıqlandı
20.04.2012 - 12:14
Çempionluğun dəyəri açıqlandı
2 aydan sonra Ukrayna və Polşada Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, Polşa Futbol Federasiyası milli komanda üçün mükafatların məbləğini müəyyənləşdirib.

Polşa yığması qrup mərhələsindəki hər qələbə üçün 500, heç-heçə üçün 250 min avro mükafat alacaq. Bundan əlavə komanda qrupdan çıxmaq üçün 1, yarımfinalda oynamaq üçün 1,5, 2-ci yer üçün 2,5, çempionluq üçün isə 3,75 milyon avro qazanacaq.

Qeyd edək ki, Polşa yığması qrup mərhələsində Yunanıstan, Çexiya və Rusiya ilə mübarizə aparacaq.