“Qələbə “Xəzər Lənkəran”a daha çox lazımdı” - MÜSAHİBƏ
20.04.2012 - 16:46
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- “Bakı” ilə ardıcıl 2-ci oyuna hazırlıq necə gedir?
- Şükürlər olsun, yaxşıdır. Demək olar hər şey qaydasındadır. Bakıdakı hazırlığı başa vurduq. Hazırda Ağdama yollanırıq və son hazırlığı orada keçirəcəyik.
- Təqvimə görə, “Bakı” ilə 1 həftədə 3 dəfə görüşməlisiniz. Komandanı eyni rəqiblə dalbadal oyunlara kökləmək nə dərəcədə çətindir?
- Fikrimcə, bu dəfə daha çətin olacaq. Çünki rəqibə qələbə qazanmaq çox vacibdir. “Bakı” Avroliqaya çıxmaq şansını saxlayır. Bunun üçün Ağdamda həm çempionat, həm də kubokun cavab oyununda qalib gəlmələri lazımdır. Bu səbəbdən ciddi hazırlaşıb, yaxşı oynamağa çalışacaqlar.
- “Bakı”ya səfərdə 1:0 hesabı ilə qalib gələndən sonra futbolçularda arxayınçılıq yaranmayıb?
- İnanmıram. Çünki nəticənin nə qədər vacib olduğunu yaxşı bilirlər. Kubokda hər qol vəziyyəti dəyişə bilər. Buna görə çox diqqətli olmalıyıq. Futbolçular məsuliyyəti tam başa düşərək, üzərlərinə düşən öhdəçilikləri qəbul edirlər.
- “Bakı” ilə növbəti matç sizin də üçün önəmlidir. Bu, “Qarabağ”ın baş məşqçisi kimi milli çempionatda 119-cu oyunu keçirməklə, 13 illik rekorda şərik çıxmağınızla bağlıdır...
- Mənim üçün heç bir oyun sıradan deyil. Özü də bu vaxtda. Ancaq şəxsi göstəricim yox, komandamın oyunu haqda düşünürəm. Çalışıram ki, futbolçuları yaxşı kökləyərək, bizə lazım olan qələbəni qazanaq.
- Təcrübəli həmkarınız, futbolçu karyeranızda baş məşqçiniz olan Ağasəlim Mircavadovu arxada qoyub, yeni rekordçu olacaqsınız...
- Daha çox uğurlarımızın sayını artırmağa çalışmalıyıq. Bunun üçün futbolçularla birgə çox işləməliyik.
- Millidə vurduğunuz 14 qolla uzun müddətdir bombardir kimi rekordçusunuz. “Qarabağ”da bu göstəricilər baxımından qarşınıza hansı məqsəd qoymusuz?
- Beynəlxalq miqyasda uğurlarımızın çox olmağına can atmalıyıq. Bunun üçün işlərimizi düzgün qurmalıyıq ki, nəticə uzun müddətli olsun. İdman həyatında uğurların olmağı vacibdir.
- Ümumiyyətlə, statistik göstəricilərə sizin üçün nə dərəcədə önəmlidir?
- Əlbəttə, baş məşqçi kimi oyun sayının çox olub, rekord etmək sevindirici haldır. Oyunlarımızın sayı getdikcə çoxalır. Bu da komandada stabilliyin, rəhbərliklə yaxşı münasibətlərin, gördüyümüz işlərin, qarşılıqlı inamın nəticəsidir.
- “Qarabağ” uzun müddət qazana bilmədiyi çempionluğa bu il də nail olmadı. Artıq çoxları komandanızdan çempionluq gözləyir...
- Həyat, futbol elədir ki, bəzən istədiyinə nail ola bilirsən, bəzən yox. İstəyinə çatmağın geci-tezi olur. Çempion ola bilməməyimiz futbolçuları həvəsdən salmır. Ruhdan düşməyib, əksinə, çox işləməliyik. Əsas işin təməlini düzgün qurmaqdır. İnşallah, gələcəkdə yaxşı olar, çempionluq istəyimizə çatarıq.
- Növbəti turda çempionluğun müəyyənləşəcəyi gözlənilir. Komandanızdan irəlidə olan “Neftçi” “Xəzər Lənkəran”la səfər oyununda qalib gələrək, başqa oyunların nəticələrindən asılı olmayaraq, çempionluğu qazanacaq. Lənkərandakı matç haqda nə düşünürsünüz?
- Bizim öz oyunumuz var və daha çox bu haqda düşünürük. Fikrimcə, Lənkərandakı oyun maraqlı olacaq. Hər 2 komandaya qalib gəlmək lazımdır. Qələbə “Xəzər Lənkəran”a daha çox lazımdı. Çünki komanda 6 xalı silinəndən sonra 4-cü pilləyə düşüb və Avroliqaya vəsiqə qazanmaq üçün qalan 4 oyunda maksimum xal toplamağa çalışmalıdır.

0
0