Jaba Azərbaycana qayıtmaq istəmədi
20.04.2012 - 16:53
Jaba Azərbaycana qayıtmaq istəmədi
Qış fasiləsi dönəmində "Bakı"dan ayrılaraq Türkiyənin "Antalyaspor" klubuna transfer olan Jaba yenidən Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçunun meneceri Çağrı Arslan açıqlama verib.

Arslan Jabanın Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan klublarından təkliflər aldığını, lakin futbolçunun Türkiyədə qalmaq istədiyini bildirib.

Jaba isə bunu Türkiyəyə daha tez uyğunlaşdığını və artıq özünü bir türk kimi hiss etməsi ilə əlaqələndirib.

Qeyd edək ki, Jabaya təklif göndərən klubumuzun adı açıqlanmayıb.