İddiasızların məhsuldar günü – YENİLƏNİB
21.04.2012 - 18:47
İddiasızların məhsuldar günü – YENİLƏNİB
Bu gün Azərbaycan Premyer Liqasında XXIX turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 qarşılaşma baş tutub. İkinci “altılıq”da keçirilən bu matçlar iddiasızların qarşılaşması kimi dəyərləndirsə də “zəiflər” məhsuldarlıq göstəriblər.

Belə ki, 2 oyunda qapılara 7 qol vurulub. “Rəvan”la “Turan”ın görüşü təkcə 4 qolla deyil, həm də 3 penalti ilə diqqət çəkib. Komandalar isə hərəyə 1 xal qazanmaqla kifayətləniblər. “Simurq” isə “Sumqayıt”ı məğlub etməklə autsayderin durumunu yaxşılaşdırmasına imkan verməyib.

Bu nəticələrdən sonra “Simurq” sonuncu olmayacağını, “Rəvan” isə pley-offda oynamayacağını rəsmiləşdirib.

Qeyd edək ki, XXIX tura sabah yekun vurulacaq.


21 aprel

“Rəvan” – “Turan” 2:2
QOLlar: Taqim Novruzov, 54-p, Miloş Zeçeviç, 82-p. - Georgi Beriaşvili, 83, Aleksandr Qoqoberişvili, 85-p.
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Azər Əsgərov, Tahir Əhmədov
Bakı. “Dalğa Arena” stadionu
Cari mövsümdə oyunlar – 2:1, 1:0, 1:2

“Simurq” – “Sumqayıt” 2:1
QOLLAR: Ruslan Poladov, 35, Anatoli Doroş, 68- Orxan Əliyev, 76
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov, Anar Göyçayski
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Cari mövsümdəki oyunlar - 1:0, 1:0, 2:1

N

  Klublar

O

Q

H

M

T-F

X

1

  Neftçi

28

19

3

6

53-25

60

2

  Qarabağ

28

14

8

6

32-18

50

3

  İnter

28

14

7

7

26-19

49

4

  Xəzər Lənkəran

28

15

6

7

38-26

45

5

  Qəbələ

28

13

6

9

36-29

45

6

  Bakı

28

13

5

10

36-29

44

7

  AZAL

28

10

7

11

41-43

37

8

  Rəvan

29

8

10

11

30-35

34

9

  Kəpəz

28

8

5

15

32-46

29

10

  Simurq

29

7

8

14

25-40

29

11

  Turan

29

6

6

17

24-38

24

12

  Sumqayıt

29

5

5

19

23-48

20



Bombardir: Bahodir Nasimov (Neftçi) – 16